sway

i3-compatible Wayland compositor
git clone https://git.awy.one/sway
Log | Files | Refs | README | LICENSE

README.az.md (2203B) - View raw


sway

sway i3-ə uyğun Wayland kompozitorudur. Tez-tez verilən sualları oxuyun. IRC kanalına qoşulun ("irc.libera.chat"-da #sway).

Buraxılış İmzaları

Buraxılışlar E88F5E48 ilə imzalanıb və GitHub-da dərc edilib.

Quraşdırma

Paketlərdən

Sway bir çox distributivdə mövcuddur. Öz distributiviniz üçün "sway" paketini quraşdırmağa çalışın.

Mənbə kodundan kompilyasiya

Test və ya inkişaf üçün sway və wlroots-un HEAD-ini qurmaq istəyirsinizsə, bu viki səhifəsini nəzərdən keçirin.

Asılılıqları quraşdırın:

* Kompilyasiya asılılıqları

Bu əmrləri icra edin:

meson setup build/
ninja -C build/
sudo ninja -C build/ install

Konfiqurasiya

Əgər artıq i3-dən istifadə edirsinizsə, i3 konfiqurasiyanızı ~/.config/sway/config ünvanına köçürün və o, dərhal işləyəcək. Əks halda, nümunə konfiqurasiya faylını ~/.config/sway/config ünvanına köçürün. O, adətən /etc/sway/config ünvanında yerləşir. Konfiqurasiya haqqında məlumat üçün man 5 sway əmrini icra edin.

İşə Salma

TTY-dan sway-ı işə salın. Bəzi ekran menecerləri işləyə bilər, lakin sway tərəfindən dəstəklənmir (gdm-in kifayət qədər yaxşı işlədiyi məlumdur).